Bu gün Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 il sonra kimliyi müəyyənləşdirilmiş Cavid Fazil oğlu Ələkbərovla vida mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, hərbçinin qardaşı Aqil Ələkbərov qardaşının nəşini Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən təhvil alıb.

Vida mərasimindən sonra Cavid Ələkbərov nəşi Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Cavid Fazil oğlu Ələkbərov 1975-ci il aprelin 25-də Qubadlı rayonunun Novlu kəndində anadan olub. 1993-cü ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyi istiqamətində olub.

Müxbir: Anar Kəlbiyev

Fotolar: Ayxan Məlikov