Baş nazir Nikol Paşinyanla Lüksemburq Deputatlar Palatasının sədri Klod Visler arasında görüş keçirilib. 

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişi və sərhədlərin delimitasiyası prosesi ilə bağlı məsələlər müzakirə olunub. 

Həmsöhbətlər regionda sülhün və sabitliyin əldə olunması baxımından Aİ-nin Ermənistandakı mülki missiyasının işinin vacibliyini vurğulayıblar.