Çorumun Mecitözü rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ Çorumla yanaşı Amasya, Yozqat, Samsun və Tokatda da hiss olunub.

Çorum valisi Zülkif Dağlı bildirib ki, zəlzələ ilə bağlı hələlik heç bir mənfi təsir qeydə alınmayıb.