İtaliya millisinin Avro-2024 üçün ilkin heyəti açıqlanıb.

"Unikal" xəbər verir ki, baş məşqçi Luçano Spalletti heyətə 30 futbolçu çağırıb. Onlardan yalnız 26-sı yekun heyətə daxil ediləcək.

Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret ("Napoli"), İvan Provedel ("Latsio"), Quglielmo Vikario ("Tottenhem")

Müdafiəçilər: Francesko Açerbi ("İnter"), Alessandro Bastoni ("İnter"), Raul Bellanova ("Torino"), Alessandro Buongiorno ("Torino"), Rikkardo Kalafiori ("Bolonya"), Andrea Kambiaso ("Yuventus"), Matteo Darmian ("İnter"), Covanni Di Lorenzo ("Napoli") , Federiko Dimarko ("İnter"), Canluka Mançini ("Roma"), Corcio Skalvini ("Atalanta")

Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter"), Brayan Kristante ("Roma"), Nikolo Faqioli ("Yuventus"), Maykl Folorunşo ("Verona"), Davide Frattesi ("İnter"), Jorjinyo ("Arsenal"), Lorenzo Pelleqrini ("Roma"), Samuele Riççi ("Torino")

Hücumçular: Federiko Kyeza (“Yuventus”), Stefan El Şaaravi (“Roma”), Rikkardo Orsolini (“Bolonya”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Zakkani (“Latsio”)

Qeyd edək ki, İtaliya millisi B qrupunda İspaniya, Xorvatiya və Albaniya ilə mübarizə aparacaq.