Azərbaycanın işğaldan azad edilmiş Əsgəran rayonunun keçmiş "meri" Hayk Şamiryan İrəvanda saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili, hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkələrdə məlumat yayıb.

Müstəntiqlər Hayk Şamiryanın mənzilində axtarış apardıqdan sonra onu aparıblar. Cinayət işinin konkret nə ilə bağlı olduğu açıqlanmır. Melikyan yalnız qeyd edib ki, hüquq-mühafizə orqanları “bəzi maliyyə məsələləri” elan ediblər.

Vəkil isə hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməllərində siyasi kontekst görür. 

Nuranə Abbasova