Çexiya Prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb. O, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası X sosial hesabda məlumat yayıb.

"Onun xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müayinə tələb olunur", - məlumatda deyilir.

Bildirilib ki, dövlət başçısının administrasiyası sonradan baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir.

Qeyd edək ki, bu il 63 yaşı tamam olacaq Pavel avtomobil idmanının həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefada olan generalı olan prezident, həkimlərin fikrincə, əla fiziki formadadır.