Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya Federasiyası, Çin və BƏƏ-yə Srebrenitsa soyqırımı ilə bağlı qətnamə ilə bağlı mövqelərinə görə təşəkkür edib.

"Unikal" xəbər verir ki, o bu barədə Serbiyanın Radio və Televiziyasının efirində bildirib.

Vuçiç, həmçinin, səsvermə zamanı bitərəf qalan Yunanıstan, Slovakiya, Kipr və Afrika, Asiya, Cənubi Amerika və Sakit okean ölkələrinə təşəkkür edib.

"Onlar Serbiyanı alçaltmaq üçün hər şeyi etdilər və biz yüksəklərə qalxdıq", - deyə o bildirib.