İspaniyada ikimərtəbəli binanın uçması nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Palma-de-Malyorki şəhərində qeydə alınan hadisədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Binanın hansı səbəbdən uçduğu məlum deyil. Hadisə yerində xilasedicilər işləyir.