"Mən dünyanın ən populyar siyasətçisiyəm və mənim hər hansı görünüşüm sensasiyadır".

"Unikal" xəbər verir ki, bunu Argentina prezidenti Xavyer Miley LN+ telekanalının efirində deyib. 

Miley bütün digər Argentina siyasətçilərini kiçik və əhəmiyyətsiz, beynəlxalq parlaqlığı olmayan liderlər kimi təsvir edib. 

"Mən belə deyiləm. Mənim hər hansı bir görünüşüm sensasiyadır. Əslində mən dünyanın ən populyar siyasətçisiyəm”, - Miley vurğulayıb. 

Argentina prezidenti özünün dünya miqyasında populyarlığını təsdiqləmək üçün Davosda Dünya İqtisadi Forumunda etdiyi çıxışı, “Time” jurnalının üz qabığında olmasını, sahibkar İlon Maskla görüşünü və amerikalı maliyyəçilər Maykl Milken və Stenli Drukkenmillerin təriflərini xatırladıb.

Xatırladaq ki, 20 noyabr 2023-cü ildə Xavyer Miley Argentinada keçirilən prezident seçkilərində qalib gəlib və o vaxtdan bəri bir çox ekstravaqant bəyanatları və hərəkətləri ilə məşhurlaşıb. 

Gülayə Mecid