Sakit okeanın cənubunda yerləşən Papua-Yeni Qvineyada baş verən torpaq sürüşməsi nəticəsində 100-dən çox adam ölüb.
"Unikal" xəbər verir ki, gecə saatlarında paytaxt Port Moresbidən 600 kilometr şimal-qərbdə yerləşən Enqa əyalətinin Kaokalam kəndində torpaq sürüşməsi baş verib.
Hadisə şahidləri torpaq altında 100-dən çox insanın olduğunu bildirsələr də, itkilər barəsində rəsmi açıqlama verilməyib.
Zərifə Nağıyeva