Çexiya prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində dövlət başçısının administrasiyası məlumat yayıb.
O, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur: "Respublika prezidenti motosiklet sürərkən xəsarət alıb. Onun xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müşahidə tələb olunur".
Ağarza Elçinoğlu