Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı cinayət işi üzrə 20-dən çox adam saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib. 

O, MDB-yə üzv ölkələrin Təhlükəsizlik və Kəşfiyyat İdarələri Rəhbərləri Şurasının Bişkekdə keçirilən iclasında bildirib ki, rusiyalı müstəntiqlər terror aktında iştirak edənlərin bütün dairəsini müəyyənləşdirməkdə davam edirlər.

Xatırladaq ki, martın 22-də "Crocus City Hall"da terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar və yanğın baş verib. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.

Ağarza Elçinoğlu