Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyası Srebrenitsa soyqırımı ilə bağlı qətnamə qəbul edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsi Serbiyanın etirazları fonunda qəbul edilib. BMT Baş Assambleyasında qanun layihəsi üçün keçirilən sessiyada səsvermədən əvvəl çıxış edən Serbiya prezidenti Aleksandar Vuçiç qətnamə layihəsinin “çox siyasi” olduğunu müdafiə edib.

Hadisə ilə bağlı ayrı-ayrı cinayətkarların cəzalandırıldığını bildirən Vuçiç, qətnamə layihəsinin nə Bosniya və Herseqovinada, nə də bölgədə sabitlik və birliyə töhfə verməyəcəyini, əksinə, parçalanmaları artıracağını bildirib.

O, qətnamə layihəsini dəstəkləməyən ölkələri günahlandırıb.

Bunun fonunda ekranda “hə” deyə səs verən ölkələrin adları göründükcə, Vuçiçin əlində Serbiya bayrağını qucaqlayaraq göz yaşı tökməsi sosial mediada gündəm olub.