Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, yanğının səbəbi hələlik müəyyən edilməsə də, yanğının elektriklə işləyən velosiped sexində baş verdiyi qeyd edilib. 

Təxminən 1 saat ərzində yanğının nəzarət altına alındığı və hadisə ilə bağlı ətraflı araşdırmanın başlanıldığı açıqlanıb.

Zərifə Nağıyeva