"Azərbaycan növbəti addım kimi Meğrini nəzarətə götürəcək". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan deyib. 

Onun sözlərinə görə, demarkasiya prosesi Nikol Paşinyanın parlamentdə göstərdiyi xəritələr əsasında çəkilsə, Ermənistanın dövlətçiliyi ciddi təhdidlər altında olacaq: "Azərbaycan təkcə Tavuşdan deyil, həm də Sünikdən ərazilər almaqla öz strateji problemlərini həll edəcək, sonra isə həmin ərazilərdə hərbi bazalar yerləşdirəcək. Beləliklə, Noyemberyandan Meğriyə qədər bütün strateji yüksəkliklərimiz verilir". 

Xatırladaq ki, mayın 22-də Paşinyan parlamentdə ilk dəfə olaraq Tavuş-Qazax sektorunda sərhədin bərpasının aparıldığı 1976-cı ilin xəritəsini göstərib. 

Ağarza Elçinoğlu