ABŞ prezidenti Co Bayden 15-16 iyunda İsveçrədə keçiriləcək Ukrayna konfransında iştirak etməyəcək, çünki həmin vaxta onun kampaniya tədbirləri planlaşdırılıb. 

"Unikal" xəbər verir ki,  bu barədə "Bloomberg" nəşri məlumat yayıb.  

“Böyük yeddilik ölkələrinin bir neçə lideri (konfransa) qoşulmağı planlaşdırır, lakin nə Bayden, nə də  vitse-prezidenti Kamala Harris iştirak etməyi planlaşdırmır”, - materialda vurğulanır.

Agentliyin aydınlaşdırdığı kimi, Amerika lideri iyunun 15-də Los-Ancelesə öz seçki kampaniyası üçün vəsaitin toplanmasına həsr olunmuş tədbirə getməyi planlaşdırır.

İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna üzrə konfrans keçiriləcək. 

Gülayə Mecid