"Qafqazın təhlükəsizliyi ilə bağlı çox maraqlı təkliflərim var". 

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimit Putinlə görşü zamanı deyib. 

"Düşünürəm ki, biz həmişə olduğu kimi, təhlükəsizlik məsələlərini ön plana çıxaracağıq. Bundan əlavə, iqtisadi məsələlərin geniş tərkibdə müzakirəsi planlaşdırılır", - Belarus prezidenti qeyd edib. 

O, Qafqazın təhlükəsizliyi ilə bağlı məsələnin Bakıda da geniş müzakirə olunduğunu bildirib. 

Ağarza Elçinoğlu