Şahzadə Diananın paltarları ABŞ-də hərraca çıxarılır. 

"Unikal" xəbər verir ki, hərrac rəsmilərinin sözlərinə görə, bu, 1997-ci ildən bəri şahzadə Diananın əşyalarının ən böyük hərracı olacaq.

İyunun 27-də ABŞ-nin Los-Anceles şəhərində şahzadə Diana və digər kral üzvlərinə məxsus 150-dən çox əşya hərraca çıxarılacaq.

Satılacaq ən diqqətçəkən əşyalardan biri də Diananın 1986-cı ildə "Phantom of the Opera" musiqili filminin premyerasında geyindiyi paltardır. Paltarın 200 min ilə 400 min dollar arasında qiymətə satılacağı gözlənilir.

Zərifə Nağıyeva