"Qərb dövlətləri MDB ölkələrində “rəngli inqilablar” üçün şərait yaratmağa çalışır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Bişkekdə MDB Dövlətlərinin Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, əməkdaşlıq dövlətlərində hakimiyyəti ələ keçirmək üçün Qərb mərkəzləri mühacirətdə hökumətlər qurur. O, Qərb oyunçularını daxili böhranlara şərait yaratmaqda ittiham edib. 

Bundan əlavə, Bortnikov bildirib ki, ABŞ və Böyük Britaniya rus tərəfdaşlarına qarşı sanksiyalar adı altında hər hansı dövlətin iqtisadiyyatını məhv etmək üçün MDB ərazisində ticarət və maliyyə əməliyyatlarına tam nəzarət etmək istəyirlər. MDB ölkələrinə qarşı hərbi-siyasi və iqtisadi təzyiqlər davam edir.

O qeyd edib ki, regional münaqişələr kənardan alovlanır, beynəlxalq terrorçu strukturların qidalanması üçün əlverişli şərait yaradılır.

Ağarza Elçinoğlu