Qərb siyasətçiləri və jurnalistlərin bəyanatları Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını göstərir. 

"Unikal" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Radio Kossuth"un efirində deyib. 

"İkinci dünya müharibəsindən əvvəl media müharibəyə girməyə hazırlaşmaq üçün kifayət qədər uzun müddət sərf etdi, mən hesab edirəm ki, bu gün Brüsseldə baş verənlər bir növ müharibəyə hazırlıqdır. Biz deyə bilərik ki, Avropanın müharibəyə girməsi üçün hazırlıq gedir, bu, mediada və siyasətçilərin bəyanatlarında özünü əks etdirir", - deyə o qeyd edib. 

Baş nazir vurğulayıb ki, Rusiyanın NATO ölkəsinə hücum edəcəyini ehtimal etmir və “Rusiya təhlükəsi” haqda söhbətlər Qərbin müharibəyə hazırlaşmaq manevridir.

Ağarza Elçinoğlu