Kanadada bir kişi 33 il əvvəl itirdiyi pul kisəsini tapıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Nik Chovdhury 1991-ci ildə dostları ilə gölə üzməyə gediblər. Bu zaman kişi pulqabısını suya düşməməsi üçün qayaların üstünə qoyub. O,  geri qayıdanda isə pulqabısını yerində tapmayıb. 

Nə az, nə çox düz 33 il sonra Nik sosial mediada naməlum şəxsdən pulqabısı barədə məlumat alır. Kişi bunun fırıldaçılıq işi olduğundan şübhələnir. Lakin Bill Li adlı bir adam  14 yaşında olarkən qayanın üstündən pulqabı tapdığını və  illər ərzində onu qoruduğunu bildirib.  

"Pul kisəsinin içindəkilər kifayət qədər yaxşı qorunub saxlanılmışdı, ona görə də sahibini tapmaq çətin deyildi", - Li ifadə edib. 

Hadisə dünya mediasının diqqətini çəkib.