Rumıniya hakimiyyəti Rusiya səfirliyinin diplomatını ölkə ərazisində arzuolunmaz şəxs elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rumıniya hakimiyyəti 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd hərəkətlərə görə Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını Rumıniya ərazisində persona non-qrata elan etmək qərarına gəlib"”, - deyə diplomatik departamentin açıqlamasında bildirilir.
Bu barədə Rusiya Federasiyasının bu ölkədəki müvəqqəti işlər vəkilinə xəbərdarlıq edilib.
Ağarza Elçinoğlu