Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, idmançımız həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Kamaloğluna qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün həmçinin digər güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) yarışı gümüş medalla başa vurub.
XXX
18:36
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.
"Unikal" xəbər verir ki, idmançımız həlledici görüşdə Ukrayna təmsilçisi Liliya Malançuka məğlub olaraq fəxri kürüsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) finalda Elvira Kamaloğlu (Türkiyə), Mərziyə Sadıqova isə bürünc medal uğrunda mübarizədə (72 kq) Bukrenaz Sərtlə (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.