Belarus lideri Aleksandr Lukaşenko İran prezidenti İbrahim Rəisinin faciəvi şəkildə ölümündə ABŞ-nin sanksiya siyasətinin rol oynadığını bildirib,

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri, xüsusən də İran liderinin helikopterinin texniki xidmətinə mane olub.

“ABŞ-nin iyrənc siyasəti buna səbəb oldu. İlk növbədə, sanksiyalar. Bu əclafların adam daşıyan təyyarələrə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi. Bu da onların günahıdır. Onlar bu helikopterə xidmət göstərməyə mane olublar”, - deyə Lukaşenko bildirib.

O, əlavə edib ki, bu barədə Belarus prezidenti kimi deyil, ilk növbədə insan kimi danışır.