Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.