Növbəti mövsüm üçün İspaniya La Liqasına yüksələn ilk komanda bəlli olub.
"Unikal" xəbər verir ki, bu, "Real Valyadolid"dir.
Komanda 2-ci liqanın 41-ci turunda "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub edərək xallarını 72-ə çatdıraraq liderliyə yüksəlib və mövsümü ən azı 2-ci pillədə tamamlayacağı dəqiqləşib.
Beləliklə, braziliyalı əfsanəvi futbolçu Ronaldonun sahibi olduğu klub bir illik fasilədən sonra yenidən elitaya qayıdıb.