Futbol üzrə Polşa millisinin bu yay Almaniyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
"Unikal" xəbər verir ki, baş məşqçi Mixal Probej siyahıya 29 oyunçunun adını salıb ki, bunlardan da 26-sı qitə birinciliyində mübarizə aparacaq.
Qapıçılar: Voytsex Şensnı ("Yuventus", İtaliya), Lukaş Skorupski ("Bolonya", İtaliya), Martsin Bulka ("Nitsa", Fransa), Olivye Zix ("Puşça Niepolomise").
Müdafiəçilər: Yan Bednarek ("Sauthempton", İngiltərə), Bartoş Bereşinski ("Empoli", İtaliya), Pavel Boxneviç ("Herenven", Niderland), Pavel Davidoviç ("Verona", İtaliya), Yakub Kiever ("Arsenal", İngiltərə), Timoteuş Puxaç ("Kayzerslautern", Almaniya), Bartoş Salamon ("Lex").
Yarımmüdafiəçilər: Pşemislav Frankovski ("Lans", Fransa), Kamil Qrosiçki ("Poqon"), Yakub Moder ("Brayton", İngiltərə), Yakub Petrovski ("Ludoqorets", Bolqarıstan), Taras Romançuk ("Yaqelloniya"), Bartiş Sliş ("Atlanta Yunayted", ABŞ), Damian Şimanski (AEK, Yunanıstan), Sebastyan Şimanski (“Fənərbağça”, Türkiyə), Mixal Skoras (“Brügge”, Belçika), Katsper Urbanski (“Bolonya”, İtaliya), Nikola Zalevski (“Roma”, İtaliya), Pyotr Zelinski (“Napoli”, İtaliya).
Hücumçular: Adam Buksa ("Lans", Fransa), Robert Levandovski (“Barselona”, İspaniya), Arkadiuş Milik (“Yuventus”, İtaliya), Kşiştof Pentek (“Başakşəhər”, Türkiyə ), Karol Sviderski (“Verona”, İtaliya).
Qeyd edək ki, AÇ-2024-ün qarşılaşmaları 14 iyun - 14 iyul aralığında Almaniyanın 10 şəhərində baş tutacaq. Polşa seçməsi D qrupunda Niderland, Avstriya və Fransa milliləri ilə qarşılaşacaq.