Qaxda mikroavtobus yanaraq yararsız hala düşüb

"Unikal" xəbər verir ki, hadisə Şəki - Qax avtomobil yolunun rayonun Əmbərçay kənd ərazisindən kecən hissəsində baş verib. Belə ki,  1985-ci il təvəllüdlü Tağıyev Xalid Xalis oğluna məxsus “Mercedes Vito” markalı 34-XN-234 dövlət qeydiyyat nişanlı mikroavtobusda yanğın olub.

Hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yangınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı  avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. 

Xəsarət alan olmayıb.

Seymur Əli