Tovuzda bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Hunalılar kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını Kürdə batıb. Avtomobildə olan sərnişin 1992- ci il təvəllüdlü Turqut İbrahimov özü üzərək çaydan çıxıb.

Sürücü 1989-cü il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov Kürdə batıblar.

Hazırda onların axtarışları davam etdirilir.

Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Tural Əhmədov