Klaudia Şeynbaum Meksikanın ilk qadın prezidenti seçilib.

"Unikal" xəbər verir ki, onun seçki nəticəsi ölkənin seçki komissiyası tərəfindən rəsmən təsdiqlənib.

Nəticəyə əsasən, xanım Şeynbaum 58.3% səs toplayıb. Onun ən güclü rəqibi Soçitl Qalves isə seçicilərdən yalnız 26.6% səs ala bilib.  

Klaudia Şeynbaumun paytaxt Mexikonun ən böyük meydanı "Sokalo"da qələbə nitqi söyləməsi gözlənilir.

***11:15

99 milyondan çox seçicinin səs verdiyi Meksikada prezident seçkilərində bir ilk yaşanıb.

"Unikal" xəbər verir ki, ölkənin hakim Morena partiyasının namizədi Klaudiya Şeynbaum, exit-poll nəticələrinə görə, ölkədə keçirilən prezident seçkilərində liderdir.

Qeyri-rəsmi nəticələrə görə, o, ölkənin yeni prezident seçilib. 61 yaşlı siyasətçi həm də Meksikanın ilk qadın prezidenti olub.

Zərifə Nağıyeva