Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Tacikistanı ABŞ ilə dostluqdan çəkinməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
O, iki ölkənin birgə təlimləri barədə məlumatı şərh edib: "Əgər Tacikistan belə təlimlər və manevrlər keçirmək istəyirsə, bu, onların hüququdur. Biz bunu qadağan edə bilmərik. Yeganə maraqlısı tarixə baxmaqdır. Amerikalılar harada olurlarsa olsunlar, getdikləri ölkə üçün işlər həmişə faciəvi şəkildə bitib. Bir qayda olaraq, onlar üçün əlverişsiz olanlarla məşğul olurlar".
Cabarov qeyd edib ki, Tacikistanla Rusiya arasında isti münasibətlər mövcuddur: "Ümid edirəm ki, onlar amerikalılarla dostluğun müsbət və mənfi tərəflərini bir neçə dəfə ölçüb-biçəcəklər. Çünki onlarla dostluq kiçik ölkələr üçün həmişə faciə ilə başa çatır".
Ağarza Elçinoğlu