Hollivud aktyoru Bred Pitt qızı Şilonun soyadından imtina etməsi xəbərinə reaksiya verib.
"Unikal" xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.
Məlumata görə, Bred Pitt qızının bu qərarından əsəbiləşib. Xatırladaq ki, 18 yaşlı Şilo atasının soyadından imtina etmək üçün məhkəməyə üz tutub. Qız hətta vəkil tutub, onun xidmətlərini anasının köməyi olmadan ödəyib.