Niderland Fələstin təhlükəsizlik sektorunu gücləndirmək üçün Fələstinlə əməkdaşlıq müqaviləsi imzalayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb.
Bəyanata əsasən, bu təşəbbüs çərçivəsində ölkələr terrorizmlə mübarizə, sənədlərin və şəxsiyyət vəsiqələrinin saxtalaşdırılması, eləcə də axtarış-xilasetmə əməliyyatları sahəsində məlumat mübadiləsi aparacaq. Ölkə həmçinin Fələstin təhlükəsizlik sektorundan bir qrup qadını operativ cavab xidmətlərinin bir hissəsi olmaq üçün öyrətmək istəyir.
Sənədi Hollandiyanın müdafiə naziri Kaysa Olonqren və Fələstinin daxili işlər naziri Ziyad Həbb ar Riç imzalayıblar.
Ağarza Elçinoğlu