Rusiya Federasiyasının hərbi iqtisadiyyatı yeni münaqişəyə doğru işləyir.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlayıb.
"Rusiya çoxdan hərbi iqtisadiyyata keçib və silahlanmağa davam edir. Putinin Ukrayna sərhədlərində dayanacağına inanmayın. 2029-cu ilə qədər müharibəyə hazır olmalıyıq. Biz başa düşməliyik ki, Rusiyanın qələbəsi son nəticədə hamımıza bu gün Ukraynaya verdiyimiz dəstəkdən baha başa gələcək", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Rusiya Gürcüstana, Moldovaya və son nəticədə NATO-ya təhlükə yaradır: "Buna görə də biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Bizim dəstəyimizin azaldılması təkcə Ukraynanın hava hücumundan müdafiəsi üçün deyil, ölümcül nəticələrə səbəb olacaq".
Ağarza Elçinoğlu