ABŞ-nin Tayvana yanaşması dəyişməyib, Vaşinqton hələ də “vahid Çin” siyasətini dəstəkləyir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
O, ABŞ prezidenti Co Baydenin Pekinə qarşı güc tətbiq etməyə hazır olması barədə sözlərini şərh edərkən bildirib: "Həmin müsahibədə, bəlkə də eyni bənddə prezident siyasətdə heç bir dəyişiklik olmadığını söylədi. Birləşmiş Ştatlar “vahid Çin” siyasətinin tərəfdarıdır, bizim siyasətimizin dəyişmədiyi ardıcıl və inandırıcıdır".
Bundan əvvəl Bayden “Time” jurnalına müsahibəsində Çinin işğalı halında Tayvanın müdafiəsi üçün Amerika silahlı qüvvələrinin istifadəsini istisna etməyib.
Ağarza Elçinoğlu