Moskvanın qərbində sifarişli qətl nəticəsində dünyasını dəyişən 34 yaşlı Konstantin Balışanski "Mediasystem Group" şirkətinin rəhbəri Andrey Balışanskinin oğlu olub.
"Unikal" xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Balışanskinin şirkəti sərgi və tədbirləri multimedia avadanlıqları, LED və LCD ekranlarla təmin edir. Qətlə yetirilən oğlan da şirkətdə işləyirmiş.
Onun hansı səbəbdən sifariş əsasında öldürüldüyü hələlik məlum deyil. Hazırda polis araşdırma aparır.
Gülayə Mecid
***12:40
Moskvada naməlum şəxs avtomatdan yoldan keçənlərə atəş açıb.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Aleksey Sviridov küçəsində baş verib. 1989-cu il təvəllüdlü kişi hadisənin qurbanı olub. Polis atəş açan şəxsi axtarır.
Daxili İşlər Nazirliyi bildirib ki, sifarişli qətl törədilib.
Ağarza Elçinoğlu