Yerli və xarici KİV-də Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrda COP29 sammitində iştirak etmək üçün Azərbaycana gələcəyi ilə bağlı məlumatlar yayılıb.
"Unikal" xəbər verir ki, baş nazirin mətbuat katibi Nazeli Bağdasaryanın sözlərinə görə, Paşinyanın gündəmində belə bir məsələ yoxdur.
"Baş nazirin iş gündəmində belə bir səfər nəzərdə tutulmayıb", - deyə o bildirib.
Ağarza Elçinoğlu