Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan taxta konstuksiyalardan ibarət kafenin yanar konstruksiyaları 55 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.
FHN-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 30 m² sahədə və 1 ədəd su qızıdırıcısı əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
*** 22:44
Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən “Tural” kafesində güclü yanğın başlayıb.
"Unikal" xəbər verir ki, yanğın güclü olduğu üçün ətrafa yayılıb.
Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.
Nuranə Abbasova