Abovyan yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş güclü partlayış və yanğın nəticəsində xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan bildirib.

Hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası göndərilib.

*** 23:50

İrəvan-Göyçə yolunun 2-ci kilometrliyində yerləşən yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

"Unikal" xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın sosial şəbəkədə verdiyi məlumata görə, partlayış nəticəsində stansiyanın ərazisində yanğın baş verib.

Hazırda yanğınsöndürmə briqadaları hadisə yerinə gedir.