Xəbər verdiyimiz kimi, iyunun 6-da gecə saatlarında İrəvan-Sevan yolunun 16-cı km-də yerləşən yanacaqdoldurma məntəqəsində partlayış, sonra isə yanğın baş verib.
"Unikal" xəbər verir ki, partlayış nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Ermənistan İstintaq Komitəsi yerli KİV-ə açıqlayıb ki, hadisə ilə bağlı Kotayk İstintaq İdarəsinin Abovyan istintaq şöbəsində Cinayət Məcəlləsinin 172-ci maddəsinin 2-ci hissəsi (ehtiyatsızlıqdan iki və daha çox şəxsin sağlamlığına ağır zərər vurma) ilə, 356-cı maddənin 2-ci hissəsi (Partlayıcı obyektlərdə təhlükəsizlik və ya əməyin mühafizəsi qaydaları və ya tələbləri pozma ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 357-ci maddəsinin 2-ci hissəsi (yanğın təhlükəsizliyi qaydalarını və ya tələblərini pozma ehtiyatsızlıqdan ölümə və ya digər ağır nəticələrə), 358-ci maddənin 2-ci hissəsi (yanan və ya tez alışan materialların saxlanması, uçotu, daşınması, göndərilməsi və ya istifadəsi qaydalarını və ya tələblərini pozma, ehtiyatsızlıqdan insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ) və 412-ci maddənin 2-ci hissəsinin 2-ci bəndi (təhlükəsizlik tələblərinə uyğun gəlməmə) ilə cinayət işi başlanıb.
Partlayışın səbəblərinin və bütün şəraitin müəyyən edilməsi istiqamətində zəruri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ağarza Elçinoğlu