Sudanın paytaxtı Xartumda Çevik Dəstək Qüvvələrinin bombardmanı nəticəsində 22 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Yerli Kereri Müqavimət Komitələri sosial media hesablarında açıqlama verib.
Bombalı hücum nəticəsində 22 mülki vətəndaşın öldüyü, 45 nəfərin yaralandığı bildirilib. Ölən və yaralananların sayının arta biləcəyi də vurğulanıb.
Zərifə Nağıyeva