"Tesla" yeni spirtli içki - "Tesla Mezcal" istehsal edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, eksklüziv içki ildırım kimi formalı orijinal şüşədə satılır. "Tesla Mezcal"ı şirkətin rəsmi saytında 450 dollara satışa çıxarılıb. Bir şüşə "Tesla Mezcal"ın həcmi 750 millilitr və ABV 43% təşkil edir.

Bidirilir ki, "Tesla" markalı məhsullar, o cümlədən spirtli içkilər şirkətin pərəstişkarları arasında populyardır. Onların bir çoxu bu məhsulları brendə və onun yaradıcısı İlon Maska sadiqliklərini nümayiş etdirmək üçün kolleksiya əşyaları kimi alırlar.