Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayonun Kiçik-Baraxum kənd sakini, 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğlu özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xanlar Qaraca