İranda növbədənkənar prezident seçkilərndə 6 namizəd iştirak edəcək.

"Unikal" “Tasnim” agentliyinə istinadən xəbər verir ki, növbədənkənar seçkilərdə iştirak hüququ qazanmış namizədlər Əlirza Zəkani, Səid Cəlili, Əmir Hüseyn Qazizadə Haşimi, Mustafa Purməhəmmədi, Məhəmməd Baqer Qalibaf və Məsud Pezeşkiandır.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və parlamentin eks-spikeri Əli Laricani ölkə prezidenti postuna namizədlərin yekun siyahısına daxil edilməyiblər.