Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü həbs olunub.

"Unikal" xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.

Məhkəmənin qərarı ilə Kənan Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.

*** 00:09

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.