Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə  alınıb.. Belə ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Seyidov Əhməd Muxtar oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.