Rusiya qoşunları Donetsk Xalq Respublikasının (DXR) Staromayorskoye kəndinə nəzarəti ələ keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, bu istiqamətdə döyüşlərdə “Vostok” qoşun qruplaşmasının bölmələri iştirak edib. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri  Uqledar, Urojanoye, Vodyanoye, Neskuchnoye və Velikaya Novoselka yaşayış məntəqələri yaxınlığında dörd briqadanı darmadağın etməyə müvəffəq olub.

***10:34

Rusiya hərbçiləri Sumı vilayətinin Rıjevka kəndini işğal ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov "Telegram" kanalında bildirib.

"Aslambek Saliyevin komandanlığı altında olan Axmat-Çeçenistan alayının döyüşçüləri digər rus bölmələrinin hərbi qulluqçuları ilə birlikdə taktiki əməliyyatlar keçirərək daha bir yaşayış məntəqəsini - Kursk vilayəti ilə sərhəddə yerləşən Rıjevka kəndini düşməndən azad ediblər", - o yazıb. 

Kadırov əlavə edib ki, irimiqyaslı hücum hərəkətləri nəticəsində Ukrayna tərəfi xeyli itki verib və geri çəkilməyə məcbur olub.

Ağarza Elçinoğlu