İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində daha 3 jurnalist həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisindən açıqlama verilib.
Həyatını itirənlərin Fələstinin "Əl-An Xəbər" Agentliyinin jurnalisti Abdullah Əhməd əl-Cəmel, "Ailə Səadəti" jurnalının müxbiri Ahlam Azzat əl-İcle və "Sureyya Media" əməkdaşı Dina Abdullah əl-Batnici olduğu bildirilib.
Bununla da Qəzzada həyatını itirən jurnalistlərin sayı 150-yə çatıb.
Zərifə Nağıyeva