İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının tərəfdarıdır, lakin regional sərhədlərdəki dəyişiklikləri qəbul etmir. 

"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani CNN Türk telekanalına müsahibəsində bildirib.

Diplomat Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən deyib: "İran tərəfi regionun inkişafına, xüsusən də münaqişənin nizamlanmasına töhfə verəcək bütün təşəbbüsləri dəstəkləyir. Lakin Tehran regionun demoqrafik və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüslərin əleyhinədir". 

Ağarza Elçinoğlu