İFFHS-in dünya reytinqində “Top-100”də yer alan yeganə Azərbaycan klubu “Qarabağ”ın siyahıda geriləməsinin detalları bəlli olub.
"Unikal" xəbər verir ki, 183,75 xalla planetin 53-cüsü olan Ağdam klubu ümumilikdə 5 pillə geriləyib.
Qurban Qurbanovun komandası qazandığı 0,75 xalla iki klubu arxada qoyub. “Qarabağ” “İnternasional” (Braziliya) və “Defensa və Justisia” (Argentina) komandalarını keçib.
Amma ağdamlılar 7 klubdan geri düşüb. “Boka Xuniors” (Argentina), “Olimpiakos” (Yunanıstan), “Sparta" (Çexiya), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Yuventus” (İtaliya), LDU (Ekvador), “Marsel” (Fransa) Azərbaycan çempionunu keçib. “Viktoriya” (Çexiya) isə təmsilçimizlə 53-cü yerə şərik olub.
Qeyd edək ki, dünyada 53-cü olan “Qarabağ” Avropada 35-cidir.